Azərbaycanlı məşqçi Hindistan klubundan gələn təklifi geri çevirib

Azərbaycanlı məşqçi Sənan Qurbanov Hindistan klubunun baş məşqçi təklifini qəbul etməyib.

Sport24.az xəbər verir ki, Roman Qriqorçukun gedişindən sonra “Neftçi”nin əsas komandasından ayrılan Sənan Qurbanova Hindistanın yüksək Liqasında çıxış edən klubdan təklif gəlib.

Hazırda yerli çempionatda 13-cü yerdə gedən “East Benqal”ın rəhbərliyi Qurbanovu baş məşqçi postuna dəvət etsə də, 44 yaşlı mütəxəssis qarşı tərəfə “yox” cavabı verib.

Qeyd edək ki, “East Benqal” ölkəsinin aparıcı klublarından biri hesab olunur, komandanın 7 üzvü Hindistan millisinin şərəfini qoruyur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More