Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 may küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, hadisə zamanı iki motosiklet yolayrıcını keçərkən “Changan” və “Toyota” markalı maşınlara çırpılıb.
Qəza nəticəsində motosikletlərin sürücüləri və sərnişini ağır xəsarət alıblar. Bunlar 2002-ci il təvəllüdlü Zeynalabdin Elçin oğlu Tağıyev, 1989-cu il təvəllüdlü Sehran Əli oğlu Məhərrəmov və 1991-ci il təvəllüdlü Vüsal Kamil Allahverdiyev oğludur.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Həkimlərin verdiyi məlumata görə, üç yaralı xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin ayaq sümükləri sınıb.
Onlar cərrahi əməliyyat edildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.