Çöllüklər yenidən canlanır: Azərbaycanlı fermer şoran torpaqda çiyələk yetişdirir

Kənd təsərrüfatı qida təminatında ən vacib vasitədir. Lakin dünyada əkinçilik üçün yararsız geniş ərazilər mövcuddur. Azərbaycanda qurulan şirkət bu cür torpaqların münbitliyini bərpa edir. Bir vaxtlar yüksək şoranlıq səbəbindən əkilə bilməyən torpaqlarda artıq çiyələk yetişdirilir.

Oxu.Az-ın verdiyi məlumata görə, “Haber Global” bununla bağlı süjet təqdim edib.

“Yer kürəsinin təxminən 10%-i buzlaqlarla, 14%-i isə səhra və quru torpaqlarla örtülüdür. Dünyanın yaşayış üçün yararlı torpaqlarının cəmi 44%-i kənd təsərrüfatında istifadə olunur ki, bu da 48 milyon kvadrat kilometr əraziyə bərabərdir. Kənd təsərrüfatı torpaqlarının isə yalnız üçdə biri əkilə bilir. Halbuki əkinçilik dünya əhalisinin qidalanması baxımından heyvandarlıq qədər əhəmiyyətlidir”, – deyə videoda qeyd olunub

Müəllif BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yaşıl zonada stend açan Azərbaycanın AZCHEMCO şirkətinin məhsuldarlığını itirmiş torpaqların bərpası üzərində çalışdığını vurğulayıb. Reportajda şirkətin qurucusu Levent Özdemir görülən işlərdən danışıb.

“Kənd təsərrüfatı iqtisadiyyatı çox vacibdir. Bizim sistemdə ilk növbədə torpağın yuyulması və şoranlığın aradan qaldırılması həyata keçirilir. Bundan sonra torpağın altında hər cür gübrələmə aparmaq mümkün olur və bitki köklərinin ehtiyacı olan qida maddələri təmin edilir”, – deyə Özdemir vurğulayıb.

O da qeyd olunub ki, layihəyə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də dəstək verir.

Ətraflı süjetdə:



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More