“Mançester Siti”nin və Norveç millisinin ulduz futbolçusu Erlinq Holand UEFA Millətlər Liqasının V turunda Qazaxıstan millisi ilə görüşdə rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, 24 yaşlı futbolçu Qazaxıstan millisi ilə matçda 3 qol vurmaqla karyerasındakı het-trik sayını 25-ə yüksəldib.
Holand bununla yanaşı Norveç millisinin heyətində çıxış etdiyi 39 matçda 38 qolla yadda qalıb.
Qeyd edək ki, E.Holand bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 15 dəfə adını tabloya yazdırıb.