Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan da istefa məktubu yazıb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrin Ermənistan seqmentində baş nazir Nikol Paşinyanın hökumətin tərkibində təmizləmələr həyata keçirdiyi barədə məlumatlar dərc edilib.
Bu xəbərlər fonunda, həmçinin Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyanın istefa ərizələrini təqdim etdikləri bildirilib.
Eyni zamanda, daxili işlər naziri Vaqe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Argişti Karamyanın da istefa verdiyi deyilir.
Qeyd edilir ki, istefalar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verib.