İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniyanın vitse-kansleri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazovla birgə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüşüb.

Oxu.Az xəbər verir ki, o, bu barədə öz “X” hesabında məlumat verib:

Görüşdə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirakı, bərpaolunan enerji layihələri, dayanıqlı həllərə keçid və “yaşıl hidrogen” sahəsində təşəbbüslər barədə müzakirələr aparılıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More