“Yaşıl və rəqəmsal bacarıqlarla bağlı uşaqlara sərmayə qoymaq hazırda çox vacib məsələdir”.
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Tərəfdaşlıq üzrə icraçı direktorunun müavini Kitti van der Heyden COP29 çərçivəsində təşkil olunmuş “İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü” mövzusunda birgə iclasda bildirib.
“Biz “İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü” haqqında birgə bəyanatı və bununla bağlı əsas prinsipləri alqışlayırıq. İnsanın inkişafından danışanda ilk növbədə uşaqlardan başlamalı olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Uşaqlara sərmayə qoymaq təkcə düzgün deyil, həm də çox vacib məsələdir”, – o deyib.
“Onlara yaşıl və rəqəmsal bacarıqlar lazımdır. Qaçılmaz olan keçid üçün gənclərin bacarıqlarını artırmaq insan inkişafının vacib hissəsidir. Bu məsələni gündəmə gətirdiyi üçün COP29 Sədrliyinə təşəkkür etmək istərdim”, – Heyden əlavə edib.
Məhərrəm Əliyev