Danimarkalı futbolçu Kristian Eriksen mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacaq.
Oxu.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini uzatmayacaq.
Eriksenin cari sözləşməsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Kristian Eriksen bu mövsüm “Mançester Yunayted” forması ilə səkkiz oyunda meydana çıxaraq üç qol vurub.