Mia Seppo: “2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yaradıla bilər”

“Beynəlxalq Əmək Təşkilatının (BƏT) qlobal tədqiqatı enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçidin 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada biləcəyini göstərir”.

Oxu.Az xəbər verir ki, bunu BƏT-in İş və sosial müdafiə üzrə baş direktorunun köməkçisi Mia Seppo COP29 çərçivəsində “İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü” mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, milli adaptasiya planları və digər iqlim siyasətlərində gənclər, uşaqlar və qadınlarla bağlı məsələyə diqqət yetirilməlidir:

“Təhsil, bacarıqlar, səhiyyə, iş yerləri və sosial müdafiəyə fokuslanaraq insan inkişafına üstünlük verilməlidir. BƏT-in qlobal tədqiqatı göstərir ki, enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada bilər”.

Məhərrəm Əliyev

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More