İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Almaniyanın Şərqi Biznes Assosiasiyası ilə biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə olunub.
Tərəflər bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın Şərqi Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqunun keçirilməsinin əhəmiyyətinə toxunub, ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğulayıblar. Həmçinin, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə olunub.
Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən “yaşıl” layihələr yüksək qiymətləndirilib.
Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında bildirib:
“Ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğuladıq. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanlarını müzakirə etdik”.
#COP29 (@COP29_AZ) çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə ölkələrimiz arasında #sənaye, #ticarət, #investisiya-ların təşviqi və #iqtisadiyyat-ın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğuladıq. #Almaniya şirkətlərinin… pic.twitter.com/mUmlzt9ZtH
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 18, 2024