Rusiyanın dərinliyinə zərbələrə icazə verilməsinə Moskvanın cavab variantı açıqlanıb

“Moskva Ukraynanın Rusiya ərazisinin dərinliklərinə Qərbin raketlərindən zərbələr endirməyə icazə verilməsinə cavab olaraq, tək nüvə zərbəsi variantını nəzərdən keçirməlidir”.

Oxu.Az-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, “Dünya Silah Ticarəti Analizi Mərkəzi” MMC-nin təsisçisi və direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri İqor Korotçenko bildirib.

Onun fikrincə, Rusiya bu cür qətiyyət nümayişini Böyük Britaniya və Fransa sahillərinin akvatoriyasında həyata keçirməlidir.

“Bu vəziyyətdə Ukrayna Silahlı Qüvvələri tərəfindən bu cür hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülmədiyi təqdirdə, Rusiyanın qətiyyətini nümayiş etdirmək məqsədilə Böyük Britaniya və Fransa sahilləri yaxınlığındakı dəniz akvatoriyasında nümayiş xarakterli nüvə zərbəsi məsələsi ortaya çıxa bilər”, – deyə ehtiyatda olan polkovnik izah edib.

Korotçenko qeyd edib ki, əgər ABŞ Prezidenti Co Bayden Ukraynanın ATACMS raketlərindən istifadəsi ilə yanaşı, Britaniya və Fransanın “Storm Shadow” və “SCALP-EG” mərmilərindən istifadəsini təsdiqləyibsə, vəziyyət daha təhlükəli olur.

Hərbi ekspert bildirib ki, bu halda Ukrayna Silahlı Qüvvələri Rusiya bölgələrinə Qərb silahları ilə kütləvi zərbələr endirmək imkanı əldə edəcək.

Daha əvvəl respublikaçı Donald Trampın keçid komandasının nümayəndəsi bildirmişdi ki, seçilmiş ABŞ prezidenti andiçmə mərasimindən sonra Ukraynanın ABŞ raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirməsi barədə Baydenin qərarına yenidən baxa bilər. Onun sözlərinə görə, ABŞ liderinin bütün təşəbbüsləri araşdırılacaq.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Bundan sonra Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə aviahücumlara razılaşıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More