Beyləqanda şəhid qardaşı ilə şəhid bacısının nişan mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Beyləqan Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, antiterror əməliyyatının şəhidi, rayonun Qəhrəmanlı qəsəbəsindən olan Bəhruz Malik oğlu Rüstəmlinin qardaşı Mövlan və Vətən müharibəsi şəhidi, Birinci Şahsevən kəndindən olan Vaqif Vüqar oğlu İsmayılzadənin bacısı Əminənin nişanı olub.
Beyləqan şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən nişan mərasimindən öncə vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.