“Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib:
“Bu da büdcə layihəsində əksini tapıb”.