Yamayka millisinin iki futbolçusu səfər matçını buraxmalı olacaq – SƏBƏB

Yamayka millisinin iki futbolçusu xarici pasportunu itirdiyi üçün ABŞ ilə keçiriləcək səfər matçında komandasına kömək edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, bunu Yamayka millisinin baş məşqçisi Stiv Maklaren açıqlayıb.

O bildirib ki, seçmə komandanın iki futbolçusu Maykl Antonio və Kahim Dikson KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının ABŞ ilə oyununun heyətindən çıxarılıb: “Oyunçularımız pasportlarını itiriblər. Yeni pasport və səfər üçün viza almaq artıq gec idi. Bu üzdən onların xidmətindən yararlana bilməyəcəyik”.

Qeyd edək ki, ABŞ – Yamayka matçı noyabrın 19-da saat 5:00-da keçiriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More