Azərbaycanda İran vətəndaşı itkin düşüb.
“Report”un xəbərinə görə, Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Majid Ali oğlu Pourjafar iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.