Braziliya millisinin əfsanəsi ölkəsinin Futbol Konfederasiyasının prezidenti olmaq istəyir

Braziliyalı məşhur hücumçu Ronaldo ölkəsinin Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyir.

Oxu.Az xəbər verir ki, əfsanəvi futbolçu gələn il keçiriləcək seçkidə namizədliyini irəli sürməyi planlaşdırır. “Fenomen” ləqəbli keçmiş forvarda iş adamlarından, eləcə də məşhur futbolçulardan güclü dəstək var.

48 yaşlı Ronaldo prezident olacağı təqdirdə, İngiltərənin “Mançester Siti” komandası ilə müqaviləsi gələn il başa çatacaq Xosep Qvardiolanı Braziliya millisinə baş məşqçi təyin etməyi düşünür.

Qeyd edək ki, Ronaldo hazırda İspaniyanın “Real Valyadolid” və Braziliyanın “Kruzeyro” klublarının səhmlərinə sahibdir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More