Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) doqquzuncu günündə Yaşıl Zonada “Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi” tədbiri baş tutub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən tədbir Xəzər hövzəsinin təbii irsinin qorunub-saxlanmasına və Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
Məruzə ilə çıxış edən şəxslər ictimai ekoloji məsuliyyəti təşviq etməklə regionun ekoloji problemlərinin həllinə yönəlik fəaliyyətin effektivliyini önə çəkiblər.
Müzakirələrdə Xəzər dənizinin mühafizəsi və regionda ekoloji ittifaqın formalaşdırılması üçün innovativ yanaşmalar, birgə ekoloji strategiyalar və xüsusilə Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq mövzularına diqqət yetirilib.
Şəhriyar Səmədov