Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Oxu.Az bildirir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.
Konfransın doqquzuncu gününün proqramını təqdim edirik:
Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.
Yaşıl Zona üzrə tədbirlər:
09:00 – 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: “Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək”
09:15 – 10:15. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – Aleksandr Pohl ilə nəfəsalma məşğələsi
09:30 – 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan – “Aşağıemissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” (FAO və CGIAR ilə birgə təşkil olunub)
09:30 – 11:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – “Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması”
10:00 – 10:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Salamlama və açılış nitqləri
10:00 – 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat – “Dayanıqlı kənd təsərrüfatı”
10:00 – 11:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Səmərəli su istifadəsi”
10:00 – 12:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su – “Paris Sazişinin müvəffəqiyyəti üçün effektivliyin artırılması faktoru olaraq özəl sektor investisiyalarının səfərbər edilməsi”
10:15 – 10:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – Şila Bearfut və Parnit Kaur: Poeziya zamanı
10:30 – 10:45. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Sofi Qreqori
10:30 – 12:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – “İqlim Ədaləti Xəritəsi”nə dair təlim və iqlim həllərinin maliyyələşdirilməsi haqqında dialoq
10:45 – 11:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Əsas müzakirə
10:45 – 11:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – Kaylum Hedderman
11:00 – 12:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Kənd təsərrüfatına baxışlar”
11:00 – 12:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Panel sessiyası
11:00 – 12:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – “COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı”
11:00 – 12:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan – İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması (ROW) üzrə yüksəksəviyyəli tədbir
11:30 – 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə yüksəksəviyyəli Nazirlər Görüşü
12:00 – 12:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Adalar, okean və iqlim”: COP29-da submilli ada yurisdiksiyalarının rolu
12:00 – 13:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Yer – “Slou Fud” (Slow Food), zəif effekt: Yerli aqroməhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi”
12:00 – 13:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat – Lahor sənayesinin karbonsuzlaşdırılması üzrə sessiya, Pəncab, Pakistan
12:00 – 13:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Su dayanıqlılığı və iqlim dəyişikliyi: Kənd təsərrüfatı, infrastruktur və biznesin davamlılığına təsirləri”
12:15 – 12:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Əsas müzakirə
13:00 – 14:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – “Qlobal məqsədlərdən yerli fəaliyyətə: dayanıqlı aqrar-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər”
13:00 – 15:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su – “Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf mühitin mühafizəsi”
13:30 – 15:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi – İqlim dəyişmələri mövzusunda maarifləndirmə: “Gənclərin və pedaqoqların kritik rolu”
14:00 – 15:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Dəyişikliyin toxumları: torpaq sağlamlığı ilə kənd təsərrüfatı və ərzaq təminatının transformasiyası”
14:00 – 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi – “Slow Food” Fondunun biomüxtəliflik dequstasiyası
14:00 – 16:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – “Ekoloji bilik” tələbə sərgisi
14:30 – 15:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan – “COP29-da uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi”
15:00 – 15:15. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Zara Hüseynova: “İqlim dəyişikliyi ilə mübarizə üçün karbon bazarları vasitəsilə yerli bioloji müxtəlifliyin bərpasını sürətləndirmək: Praktik nümunələr”
15:00 – 16:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Su və Davamlı İnkişaf: iqlim çağırışlarına cavab”
15:00 – 16:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – “Aqrar-qida sisteminin transformasiyasının maliyyələşdirilməsi”
15:15 – 15:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Abdulməcid Abubakar: Fermerdən iqlim aktivistinə çevrilən şəxs
15:30 – 16:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Soba ətrafında söhbət
15:30 – 16:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirinin yumşaldılması üçün beynəlxalq təşkilatlar və donor təşkilatlarla əməkdaşlığın genişləndirilməsi” / Bakı Harmoniya İqlim Təşəbbüsü
15:30 – 16:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi – “Tək sağlamlıq yanaşması: İnsan inkişafı üçün sektorlararası əməkdaşlığın maksimallaşdırılması”
15:30 – 16:30. Mavi Zona, Azərbaycan pavilyonu – “Landşaft yanğınlarının idarəedilməsi və meşə yanğınları riskinin azaldılması üzrə sərhədlərarası əməkdaşlıq vasitəsilə iqlim dayanıqlılığının gücləndirilməsi”
15:45 – 17:15. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan – Dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü
16:00 – 17:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Yerli gənclərin düşüncələri”
16:00 – 17:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – Seminar
16:30 – 17:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Transsərhəd çayların iqlim dəyişikliyinin təsirlərinə davamlılığı”
17:00 – 17:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Soba ətrafında söhbət
17:00 – 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – “Su ehtiyatlarının idarəedilməsində dövlət-özəl tərəfdaşlıqlarının (PPP) rolu”
17:00 – 18:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi – “İqlim fəaliyyəti üçün su: Su həlllərinin MMT-lərə və MTP-lərə inteqrasiyası”
17:00 – 18:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – “İqlim maliyyəsinin fermerlər üçün işlək edilməsi: Təsərrüfat təcrübələri və konkret həllər”
17:30 – 18:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan – “NDC 3.0 aqrar-qida sistemi üzrə iqlim ambisiyası və fəaliyyətinin gücləndirilməsi”
18:00 – 19:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Qida: Ənənənin iqlim fəaliyyəti ilə kəsişdiyi yer”
18:00 – 19:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Elmdən təcrübəyə: ərzaq sistemlərində ədalətli yanaşmalara keçidin inkişaf etdirilməsi”