Husilər Türkiyə gəmisini vurdular

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dənizdə üzən Türkiyənin “Anadolu S” yük daşıyan gəmisinə raket zərbəsi endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

Hərəkatın sözçüsü husilərə məxsus “Əl Məsirə” telekanalında bəyan edib ki, “Yəmən donanması əməliyyat keçirərək, Qırmızı dənizdə olan “Anadolu S”ə bir neçə ballistik və gəmi əleyhinə raketlərlə hücum edib”.

Qeyd edək ki, İstanbulda yerləşən “Oras Shipping” şirkətinə məxsus “Anadolu S” Panama bayrağı altında üzür.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More