İspaniya millisi öz rekordunu yeniləyib

Futbol üzrə İspaniya millisi öz rekordunu yeniləyib.

Oxu.Az xəbər verir ki, son Avropa çempionu buna Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrəni məğlub etməklə (3:2) nail olub.

Komanda 2024-cü ildə yoldaşlıq matçları da daxil olmaqla keçirdiyi 17 görüşün 14-də qalib gəlib.

Daha əvvəl yığmanın ən yaxşı göstəricisi 2010-cu ildə dünya çempionu olduğu vaxta təsadüf edib. İspaniya həmin dönəmdə 17 qarşılaşmanın 13-də meydandan qələbə ilə ayrılıb.

Qeyd edək ki, ispanlar sonuncu dəfə 2024-cü il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib – 0:1.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More