İki yaşlı Nurayın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nərminə Pənahova məlumat verib.
O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir:
“Nurayın iki yaşı var, o, ana bətnində olarkən onun bu xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Doğulan gündən müalicələrini vaxtlı-vaxtında etmişik. Hazırda Nurayın ilik köçürülməsinə ehtiyacı var. Bunun üçün biz Türkiyədə yerləşən xəstəxanalardan biri ilə danışmışıq. Onlar bu əməliyyatı 140 000 manata edəcəklərini deyiblər”.
Gənc ana övladının əməliyyatı üçün yardımsevər şəxslərə səslənib:
“Nuraya artıq donor tapılıb. Əməliyyat üçün lazım olan məbləğin 40 000 manatını toplasaq da, 100 000 manatımız hələ də çatmır. Yoldaşım fəhlə işləyir, özüm isə evdar qadınam. Bu məbləği qarşılamaq bizim üçün mümkünsüzdür. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 309-14-96.
Kapital Bank: 5103 0714 9192 0340.