Azərbaycanda qiymətli daşları və onlardan hazırlanan məhsulları nağd qaydada satanlar cərimələnəcək

“Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunması təklif edilir”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur.

“Dəyişikliklərə səbəb Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tələbidir”, – deyə vergi rəsmisi qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More