Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) onuncu günündə Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirlərinə start verilib.
Oxu.Az bildirir ki, “Davamlı bağlantıya aparan yollar: CICA və onun üzv dövlətlərinin, Asiyada regional təşkilatların təhlükəsiz, effektiv və iqlimədayanıqlı nəqliyyat dəhlizləri üçün səyləri” mövzusunda tədbir keçirilir.
Paralel olaraq “Germanwatch” “İqlim dəyişikliyi performans indeksi” (CCPI) barədə mətbuat konfransı keçirir:
Turizmdə təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə nazirlərin birinci görüşü keçirilir.
Həmçinin, urbanizasiya və iqlim dəyişikliyi üzrə nazirlərin iclası başlayıb: