Danimarka Ukraynaya altı “F-16” qırıcısı təhvil verib. Kopenhagen Kiyevi daha 13 təyyarə ilə təchiz etməyi planlaşdırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen məlumat verib.
“F-16” ilə bağlı planlarımız dəyişməyib. Altısı artıq təhvil verilib – bu, birinci partiyadır. Sonra daha bir partiya olacaq, cəmi 19 “F-16”, – o, Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Həmçinin Danimarkanın baş naziri Kiyevə birbaşa Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.