DÇ-2026: Azərbaycan millisinin püşkatma mərasimində yer alacağı səbət bəlli olub

Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib.

Oxu.Az xəbər verir ki, millimiz IV səbətdə qərarlaşacaq.

I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya.

II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç.

III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail.

IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva

V səbət: Moldova, Malta, Andorra, Cəbəllüttariq, Lixtenşteyn, San-Marino

Qeyd edək ki, dekabrın 13-də Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yerin sahibləri pley-offda iştirak hüququ qazanacaqlar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More