Dünya Çempionatına seçmə mərhələnin 12-ci turunda Braziliya millisi Uruqvayla qarşılaşıb.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən qarşılaşmada sükut 55-ci dəqiqədə pozulub. Federiko Valverde qonaqları hesabda irəli çıxarıb. Amma məğlubiyyətlə barışmayan Braziliya seçməsi hesaba tarazlıq gətirməyi bacarıb. Qerson 62-ci dəqiqədə bərabərlik qolunu vurub – 1:1.
Qalan vaxt ərzində komandalar çox çalışsalar da, hesab dəyişməyib.
Qeyd edək ki, aktivində 20 xalı olan Uruqvay turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, Braziliya isə 18 xalla beşincidir.