“Biz insanəsaslı yanaşmalarla yaşıl gələcək qurmağa öhdəlik götürmüşük”.
Oxu.Az xəbər verir ki, bunu COP29 çərçivəsində Turizm Günündə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Biz 100 km mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq və onun artıq 30 km çəkilib. Biz 160 elektrik avtobus ölkəyə gətirmişik və 2030-cu ilə qədər bütün avtobuslarımız elektrikli olacaq. İlk dəyirmi masada rəqəmsal dayanıqlı orta dəhliz haqqında da müzakirə aparmışıq və bütün ölkələri bu önəmli məsələni müzakirə etməyə çağırmışıq. Biz öz yekun hədəfimizi istənilən səviyyəyə çatdırmaq üçün qonşu ölkələrlə işləmə davam edəcəyik”.
Mərahim Nəsib