UEFA Millətlər Liqası: Azərbaycan seçmə komandası qrup mərhələsinin ən pis göstəricisinə imza atıb

UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunu sonuncu yerdə bitirən Azərbaycan millisi ən pis göstəriciyə imza atıb.

Oxu.Az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi seçmə komandamız İsveç, Slovakiya və Estoniya ilə birlikdə mübarizə apardığı qrupda cəmi bir xal qazana bilib.

Seçmə komandamız 6 oyunda qapısından 17 qol buraxıb. Bu isə C Liqasının ən pis göstəricisidir.

Qrup oyunlarından sonra Azərbaycan, Lüksemburq, Latviya və Litva C Liqasına vida ediblər.

Qeyd edək ki, sözügedən komandalar turnirin yeni mövsümündə D Liqasında çıxış edəcəklər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More