Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət

Moskva vilayətinin Lyubertsı rayonunun Malaxovka qəsəbəsində dəhşətli cinayət baş verib. 28 yaşlı Tacikistan vətəndaşı öz 5 aylıq qızını ağladığı üçün döyərək öldürüb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi xəbər yayıb.

Bildirilir ki, körpənin qışqırığından əsəbiləşən kişi onu vəhşicəsinə döyüb.

“Körpə ağır xəsarətlər alıb və yerindəcə ölüb”, – deyə idarədən bildirilib.

Şübhəli şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dərhal saxlanılıb. Ona qarşı “azyaşlının qətli” maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər hadisənin təfərrüatlarını araşdırır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More