Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi

Almaniyanın Ştutqart şəhərində qeyri-adi hadisə baş verib.

Bu barədə Oxu.Az “Bild” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, yeraltı dayanacaqda yanğın siqnalı bütün qapıların avtomatik bağlanmasına səbəb olub və nəticədə 200 avtomobil sürücüsü içəridə qalıb.

Daha sonra məlum olub ki, sistemdə göyərçin nəcisi səbəbindən nasazlıq yaranıb, sistem çöküb və bu da qısaqapanmaya gətirib çıxarıb.

Bildirilib ki, həyəcan siqnalı işə düşsə də, yanğınsöndürmə xidməti hadisə barədə ancaq iki saat sonra – polisin xəbər verməsi ilə agah olub.

Yanğınsöndürənlər darvazalardan birini mişarla parçalayıblar və zirzəmidə kilidlənərək qapalı qalmış sürücüləri çıxara biliblər.

Sürücülərdən biri olan Abdulla Koteyçe bildirib ki, dostları ilə barda görüşdükdən sonra yeraltı dayanacaqda kilidli vəziyyətdə qalıb. Dayanacaqdan çıxmaq cəhdləri isə darvaza sisteminin sıradan çıxması ilə nəticələnib.

Qeyd edək ki, hadisənin heç də bütün iştirakçıları baş verənlərə yumor hissi ilə yanaşmayıb. Belə ki, sürücülərdən biri operator şirkətindən təzminat tələb edib – bütün qarajlarda ömürlük parkinq hüququ.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More