Rusiyanın paytaxtı Moskvada dezinformasiya ilə mübarizə üzrə beynəlxalq forum keçirilib.
Oxu.Az-ın xəbərinə görə, “Feyklər barədə dialoq 2.0” forumu çərçivəsində yalan məlumatların yayılması və onunla mübarizə üsulları müzakirə olunub.
Foruma 65 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Argentina, Uruqvay, Peru, Fransa, İrlandiya, İspaniya, İtaliya, Niderland, İsveçrə, Avstriya, Böyük Britaniya, Almaniya, Koreya Respublikası, Sinqapur, Pakistan, Hindistan, İran, Türkiyə, Çin, Nigeriya, Seneqal və Misirdən 1 000-dən çox iştirakçı qatılıb.
Azərbaycanı tədbirdə “Global Media Group”, daha dəqiq, “Baku TV RU” kanalı təmsil edib. Məruzəçi qismində “Baku TV RU”nun baş redaktoru Natella Osmanlı çıxış edib.
Daha ətraflı videosüjetdə:
Rusiyanın paytaxtı Moskvada dezinformasiya ilə mübarizə üzrə beynəlxalq forum keçirilib.