Nazir: “Sosial islahat paketi üç milyona qədər insanı əhatə edəcək”

“Qarabağa qayıdan insanlar arasında ixtisaslı kadrların hazırlanması bizim hədəfimizdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi ilə proqram hazırlayıblar.

“Ölkə başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək və bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək”, – deyə nazir əlavə edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More