Şəkidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib.
Bildirilib ki, noyabrın 20-də saat 14 radələrində Şəki rayonunun Qudula kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan, avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.