Şahzadə Harri ilk döyməsini nümayiş etdirdi

Böyük Britaniya şahzadəsi Harri son bir il ərzində üzərində işlədiyi “Invictus” oyunlarına həsr olunmuş döymə etdirib.

Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Usta döyməni canlı yayımda şahzadənin boynuna çəkib. Kral III Çarlzın oğlu sona qədər təsvirin nə olacağını dəqiq bilməyib.

Harrinin döyməsini məşhur rəssam Celli Roll həkk edib. O, Harrinin boynuna oyunların loqotipini döymə etdirib və sürpriz olaraq öz imzasını da əlavə edib.

“Invictus” oyunlarının loqosunun bir hissəsinə çevrilən “Invictus I Am” yazısı Uilyam Ernest Henlinin məşhur “Invictus” poemasından ilhamlanıb.

Qeyd edək ki, “Invictus” oyunları 2025-ci ilin fevralında Vankuverdə keçiriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More