BAEA İranın nüvə proqramına qarşı qətnamə qəbul edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarəetmə Şurası İranın nüvə proqramına qarşı təqdim olunan qətnaməni qəbul edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilib ki, Almaniya, Britaniya və Fransanın təklif etdiyi qətnamə 19 lehinə, 3 əleyhinə və 12 bitərəf səslə təsdiqlənib. Rusiya, Çin və Burkina-Faso qətnamənin əleyhinə səs verən ölkələr olub.

Məlumata görə, İran Xarici İşlər Nazirliyi BAEA İdarəetmə Şurasının qətnaməni qəbul etməsini siyasi və düzgün olmayan bir addım kimi qiymətləndirib. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami qərara cavab olaraq, təsirli tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More