Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI

Balıq bazarında yerli məhsulların qiyməti xeyli ucuzlaşıb.

Satıcıların sözlərinə görə, səbəb xarici balıqlara daha çox tələbatın olmasıdır. Balıq satışı üzrə mütəxəssis İlkin Novruzovun sözlərinə görə, ən çox levrək, çupra, qızılbalığa tələbat var:

“20 ildir bu satışla məşğulam, əvvəllər xarici məhsullara bu qədər tələbat yox idi. Xarici balıqların içərisində ən bahalısı salmondur. Bu balıq növü əvvəllər 30-35 manat idisə, indi qiyməti 40-45 manat arasında dəyişir. Nərə əvvəllər 50-55 manat idisə, hazırda 40-35 manatdır. Foreli əvvəllər 18-20 manata satırdıqsa, indi 14 manata qədər düşüb”.

Qeyd edək ki, balıq bazarında piştaxtaları bəzəyən xarici balıq çeşidləri Rusiya, Qazaxıstan, İran, və Türkiyədən idxal edilir.

Ətraflı Baku TV-nin süjetində:

Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More