Fotoları ilə danışan nigeriyalı: “Dünyadan gözləntimiz maliyyə dəstəyinin göstərilməsidir”

“Mənim çəkdiyim foto COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil olunan “İqlim fəaliyyəti fotoobyektivdə” müsabiqəsində üçüncü yerə layiq görüldü, bunun nəticəsində Bakıda keçirilən iqlim konfransına qatılmaq üçün pulsuz bilet və qalmaq yeri ilə təmin edildim. Hesab edirəm ki, fotoqrafiya sahəsi ölkəmdə baş verən ekoloji fəlakətlərə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün ən effektiv vasitələrdən biridir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan nigeriyalı fotoqraf Mayova Promise Adobote deyib.

Yaşıl Zonada fəaliyyət göstərən “Extreme Hangout” sahəsində panel iştirakçılarını öz ölkəsində yaşanan ekoloji fəlakətlərlə tanış edən fotoqraf bildirib ki, Nigeriya əhalisi daşqın, sel, eyni zamanda quraqlıqdan ən çox əziyyət çəkən ölkələr sırasında gəlir:

“Baxmayaraq ki, mən Nigeriyanın ikinci ən böyük şəhəri Laqosdanam, bizim sakinlər olduqca kasıb yaşayırlar. Bölgələrdə, ucqarlarda isə vəziyyət daha acınacaqlıdır. Dünyadan gözləntimiz isə iqlim dəyişmələrindən daha çox zərərçəkən ölkələrə maliyyə dəstəyinin göstərilməsidir. Mən də öz növbəmdə çəkdiyim fotolarla bu işə öz töhfəmi verməyə çalışıram”.

Üçüncü yerə layiq görülən foto:

Şəhriyar Səmədov

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More