Əsas heyətdə az oyuna çıxdığı üçün narazı olan və “Qalatasaray”dan ayrılmaq istəyən Hakim Ziyeş Qətər klubu ilə razılaşıb.
Oxu.Az xəbər verir ki, Hakim Ziyeş Qətərin “Əl-Arabi” klubunun illik beş milyon avroluq maaş təklifini qəbul edib.
Qeyd edək ki, Hakim Ziyeş bu mövsüm “Qalatasaray” forması ilə cəmi yeddi oyunda meydana çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.