Qazaxıstan milli basketbol komandası İrana getməkdən və Tehranda keçiriləcək Asiya Kuboku seçmə mərhələsində iştirak etməkdən imtina edib.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Qazaxıstan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, məlumatı İran Basketbol Federasiyası da təsdiqləyib.
Qazaxıstan Basketbol Federasiyası İran və İsrail arasında hərbi gərginlik səbəbindən beynəlxalq uçuşların ləğv edildiyini əsas gətirərək İrana səfəri ləğv etdiyini bildirib.
Qazaxıstanın futbol üzrə dünya çempionatının seçmə oyunlarında olduğu kimi, federasiya oyunların neytral ölkədə keçirilməsini təklif edib.
Asiya Basketbol Konfederasiyası Qazaxıstan komandasının İrana səfərinin ləğvinə hələlik reaksiya verməyib.