Bakıda səkkiz yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Onun talassemiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.