Yeni Zelandiyada epidemiya elan edildi

Yeni Zelandiya Səhiyyə Nazirliyi ölkədə göyöskürək epidemiyası elan edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.

Bildirilib ki, Yeni Zelandiyada göyöskürək epidemiyasının erkən mərhələsi müşahidə olunur və dövlət səviyyəsində koordinasiyalı cavab tədbirləri görülür.

“Ölkə üzrə xəstəlik hallarının sayı bir neçə həftə ərzində davamlı olaraq artıb və hazırda milli epidemiyanın elan edilməsi üçün hədd göstəricilərinə çatıb”, – deyə bəyanatda qeyd olunub.

Səhiyyə Nazirliyinin məlumatına görə, dörd həftə ərzində 263 yeni göyöskürəyə yoluxma halı qeydə alınıb və bu, 2024-cü il üçün ən yüksək göstəricidir.

Nazirlik körpələrin və hamilə qadınların peyvənd olunmasının vacibliyini vurğulayıb. Bütün uşaqların üçaylıq yaşa çatdıqdan sonra və 16 həftəlik hamilə qadınların peyvənd olunması tövsiyə edilir.

Göyöskürək hava-damcı yolu ilə yayılan kəskin yoluxucu xəstəlikdir. Onun əsas simptomu güclü öskürək tutmalarıdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More