COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR

“AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb”.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavab verib.

“Hazırda yalnız “Koroğlu” və “Sea Breeze” nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.

Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More