“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi və həyat yoldaşı Vanda Nara arasında gərginlik davam edir.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İkardinin məşhur müğənni qadınla çəkdirdiyi foto Naranı özündən çıxarıb.
Belə ki, Argentinada Latın Amerikasının məşhur aktrisası və müğənnilərindən olan Greysi Rendonun səhnəsini izləməyə gedən Mauro İkardi qadınla şəkil çəkdirib və sosial media hesabında paylaşıb. Rendon da İkardinin paylaşımını öz hesabında təkrar paylaşıb.
Argentina mətbuatında çıxan xəbərlərdə İkardi ilə Rendonun mehriban şəkildə söhbət etdiyi də iddia edilib.
Məlumata görə, bu vəziyyətdən xəbər tutan Vanda Nara çox əsəbiləşib və dəfələrlə Mauro İkardiyə zəng edib. Lakin İkardinin Nara ilə əlaqə saxlamaq istəmədiyi, bu səbəbdən də zənglərə və mesajlara cavab vermədiyi iddia edilib.
Xatırladaq ki, daha əvvəl Vanda Naranın məşhur müğənni ilə səmimi görüntüləri yayılmışdı.