Korporativ nömrə istifadəçisi xaricdə mobil xidmətlərindən istifadə edərkən böyük məbləğdə borca düşüb.
Oxu.Az xəbər verir ki, istifadəçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.
O, “Azercell” fakturalı xəttinin limitinin 50 AZN olduğunu və bu limit daxilində 25 AZN-lik rouminq paketini seçdiyini bildirib.
“Maldivdə lokasiya ünvanından istifadə etmişəm. Limitli xətt olduğu üçün düşünmüşəm ki, 50 AZN-ə çatdıqda internet kəsiləcək, amma kəsilməyib. Nəticədə 548 AZN borc yazılıb. Belə çıxır ki, “Azercell” xaricdə bir meqabayt internetin qiymətini 25 AZN müəyyən edib?” – deyə istifadəçi yazıb.
Məsələ ilə bağlı “Azercell” şirkətinə sorğu göndərsək də, sorğumuza cavab verən olmayıb.
Əzizə İsmayılova