Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və həmin şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgülün vəzifələrindən uzaqlaşdırıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə DİN “X” sosial şəbəkəsində məlumat yayıb.
“Tunceli Prokurorluğu tərəfindən Xalqların Bərabərlik və Demokratiya Partiyasından olan Tunceli bələdiyyə sədri Cevdet Konak və Cümhuriyyət Xalq Partiyasından olan Ovacık bələdiyyə sədri Mustafa Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə cinayət işləri açılıb” , – məlumatda qeyd olunub.