Hans Diter Flikin “Barselona”dakı durumuna aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, o, klubdakı gələcəyi ilə bağlı danışıb.
Mütəxəssis burada uzun illər keçirməyəcəyini bildirib:
“Bir klubda 10 il çalışmaq? Bu qədər uzun müddət qala biləcəyimi düşünmürəm. Mənim dörd nəvəm var. Onlar layiqdirlər ki, 70 yaşım olana qədər onlara xeyli vaxt ayırım”.
Qeyd edək ki, Flik 2024-cü ilin mayından İspaniya klubunu çalışdırır.