İstanbulda ailə qətliamı: Beş ölü, iki yaralı

Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda ailə faciəsi yaşanıb.

Oxu.Az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.

Valideynlərini yaşadıqları evdə qətlə yetirən Aladağ Esenyurdda baldızının, Avcılarda isə bərbər dostunun həyatına son qoyub.

Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilir.

Aladağ sonda şəxsi avtomobilində intihar edib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More