Pep Qvardiola “Mançester Siti”nin uğursuzluğunun səbəbini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem”lə oyundakı (0:4) məğlubiyyətdən danışıb.

Oxu.Az xəbər verir ki, məşqçinin sözlərini BBC çatdırıb.

“Biz bu matçı taktikaya görə yox, psixologiyaya görə uduzduq. Biz əsas məqamlara yanlış reaksiya verdik”, – deyə Qvardiola bildirib.

Xatırladaq ki, “Mançester Siti” son 5 oyunun hamısında uduzub. Bu, 18 ildə ilk belə hadisədir.

Hazırda Qvardiolanın yetirmələri 23 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. “Çelsi” 22 xalla üçüncüdür. Turnir cədvəlinə “Liverpul” (28 xal) başçılıq edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More