16 yaşlı Knyazın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Turan Heydərova məlumat verib.
O bildirib ki, övladı osteoporoz xəstəliyindən əziyyət çəkir.
“Knyazın 16 yaşı var, artıq beş ildir ki, o, bu ağır xəstəlikdən əziyyət çəkir. Bu beş il ərzində 11 dəfə əməliyyat olunub, hazırda 12-ci dəfə əməliyyat olunmalıdır. Əməliyyat Bakıda yerləşən özəl klinikalardan birində keçiriləcək. Əməliyyat və sonrakı müalicə üçün bizim hazırda 3 600 manata ehtiyacımız var”.
Turan Heydərova övladının əməliyyatı üçün yardımsevər şəxslərə səslənib.
“Hazırda bizə yardım etməsini gözlədiyimiz heç kimimiz yoxdur. Üz tutmadığımız tanışlarımız qalmayıb. Evdə heç bir qiymətli əşyamız qalmayıb. Oğlumun ayağında ağrılar var, gecələr yata bilmir. O, təcili əməliyyat olunmalıdır. Xahiş edirəm, Knyaza kömək edin”.
Ailə ilə əlaqə: (051) 720-10-12.
Kapital Bank: 4169 7388 2774 4305.