Almaniyalı futbolçu “Sabah” klubunun ən məhsuldar oyunçusu olub

“Sabah”ın heyətində 40-cı qolunu vuran Coy-Lens Mikels klub tarixinin ən məhsuldar futbolçusu olub.

Oxu.Az xəbər verir ki, 30 yaşlı almaniyalı legioner “Turan Tovuz”la görüşdə fərqlənərək qollarının sayını 40-a çatdırıb.

O, komandasının bərabərlik qolunun müəllifi olub.

Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda üç (altı oyun), avrokuboklarda iki (altı oyun) dəfə rəqib qapısına yol tapıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More